Əsas Səhifə > Ölkə idmanı > "Sumqayıt" ilk transferini gerçəkləşdirib

"Sumqayıt" ilk transferini gerçəkləşdirib


5-06-2023, 18:10


"Sumqayıt" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

BrendSport.az
xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü "Zirə"də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Mehdi Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə "Zirə"nin heyətində 47 qarşılaşmada meydana çıxıb.
Geri qayıt