Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: "Neftçi" final sayında "Qarabağ"ı geridə qoyub
Azərbaycan Kuboku: "Neftçi" final sayında "Qarabağ"ı geridə qoyub2-06-2023, 12:50 |
“Neftçi” 11-ci dəfə Azərbaycan Kubokunun finalında oynayacaq. BrendSport.az xəbər verir ki, xəbər verir ki, bu, 1992-ci ildən keçirilən yarışda mütləq rekorddur. Əvvəlki 10 finalda 6 dəfə qalib olan bakılılar 4 dəfə mükafatsız qalıb. “Ağ-qaralar” 11-ci dəfə həlledici oyuna çıxmaqla “Qarabağ”ı arxada qoyacaq. Ağdam klubu 10 dəfə final oynayıb. “Qəbələ” isə 5-ci dəfə belə görüşün iştirakçısı olacaq. Əvvəlki 4 finalın birində kubok qazanan “qırmızı-qaralar” “Xəzər Lənkəran”a çatacaq. Ümumiyyətlə, əvvəlki 28 finalı və “Bakcell Arena”da baş tutacaq matçı nəzərə alsaq, həlledici görüşlərdə 18 komanda iştirak edib: “Neftçi” - 11, “Qarabağ” – 10, “İnter” (indiki “Şamaxı”) – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt” – 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad), “Zirə” – 1. Geri qayıt |