Əsas Səhifə > Ölkə idmanı > Badminton üzrə uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub

Badminton üzrə uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub


30-05-2023, 11:12
Badminton üzrə uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub
Mayın 26-dan 29-dək keçirilən 2009-2010 təvəllüdlü uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Bakı ilə yanaşı Gəncə, Lənkəran, Siyəzən və Qusardan 46 oğlan və 35 qız iştirakçı 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirib.
Şəxsi oğlanlarda Əli Gözəlov, qızlarda Leyla Camalzadə, qoşa oğlanlarda Əli Gözəlov - Fazil Quliyev, qoşa qızlarda Leyla Camalzadə - Aysu Kərimzadə, qarışıq qoşada Əli Gözəlov - Leyla Camalzadə birinci yerə layiq görülüblər.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.
Geri qayıt