Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında son 19 ilin rekordu təkrarlanıb
Azərbaycan Premyer Liqasında son 19 ilin rekordu təkrarlanıb29-05-2023, 16:00 |
Azərbaycan Premyer Liqasının başa çatan 2022-2023-cü il mövsümündə 475 qol vurulub. 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabər olub. BrendSport.az xəbər verir ki, bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004-2005-ci il mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb. Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003-2004-cü il mövsümündə gerçəkləşib. Ümumilikdə 167 oyunda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub. Qeyd edək ki, 2021-2022-ci il mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub. Geri qayıt |