Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionatında son 19 ilin rekordu qeydə alınıb
Azərbaycan çempionatında son 19 ilin rekordu qeydə alınıb29-05-2023, 10:00 |
Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə 475 qol vurulub. BrendSport.az xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir. 2004/2005 mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb. Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub. Qeyd edək ki, 2021/2022 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər idi. Geri qayıt |