Əsas Səhifə > Ölkə idmanı > Xəyal Nəcəfov: "Neftçi"yə mümkün qayıdışımı klubla danışacağıq"

Xəyal Nəcəfov: "Neftçi"yə mümkün qayıdışımı klubla danışacağıq"


29-05-2023, 12:30



"Bu məsələni oturub klubla danışacağıq. Hələlik heç nə deyə bilməyəcəyəm".


BrendSport.az
xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Tovuz təmsilçisinin cari mövsüm istəyinə nail olduğunu bildirib: "Çempionatı 6-cı sırada başa vurduq, Azərbaycan Kubokunda isə yarımfinaladək irəlilədik. Bunu isə hələlik yaxşı nəticə hesab etmək olar".

Nəcəfov öz çıxışı barədə də danışıb: "Daha yaxşısını edə bilərdim. Hər şey özümdən asılıdır. Ümidləri doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam. Qarşıdakı mövsüm yeni Xəyal Nəcəfov görəcəksiniz".

Qeyd edək ki, yarımmüdafiəçinin paytaxt təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir. O, başa çatan mövsümdə icarə əsasında Tovuz klubunun formasını geyinib.
Geri qayıt