Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” evdə vurulan qol sayında “Top-5” liqanın 5 klubundan geri qalır

“Qarabağ” evdə vurulan qol sayında “Top-5” liqanın 5 klubundan geri qalır


22-05-2023, 13:00





“Opta”nın araşdırmasına görə, İngiltərə klubu “Mançester Siti” 2022/2023 mövsümündə bütün turnirlərdə keçirdiyi ev oyunlarında ümumi qol sayını 100-ə çatdıran ilk komanda olub.

BrendSport.az xəbər verir ki, “şəhərlilər” ən yaxın izləyicisi olan Almaniya “Bavariya”sını düz 34 top qabaqlayır.

Premyer Liqa çempionluğunu rəsmiləşdirən Pep Qvardiolanın yetirmələri UEFA Çempionlar Liqasının və İngiltərə Kubokunun qalibi olmaq şansını da davam etdirirlər.

Azərbaycanda isə evdə ən çox qol vuran komanda “Qarabağ”dır. Qurban Qurbanovun kollektivi cari mövsüm öz meydanında ümumilikdə 56 qola imza atıb. Bunun 40-ı Premyer Liqaya, 2-si ölkə kubokuna, 14-ü isə avrokuboklara təsadüf edib.

“Qarabağ” “Top-5” liqalarda bu baxımdan ən yaxşı göstəriciyə malik 5-ci komanda olan İspaniya “Real Madrid”indən cəmi 1 qol geri qalır.

1. “Mançester Siti” (İngiltərə) - 100 qol

2. “Bavariya” (Almaniya) - 66 qol

3. “Mançester Yunayted” (İngiltərə) – 65 qol

4. “Borussiya” (Dortmund, Almaniya) - 58 qol

5. “Real Madrid” (İspaniya) - 57 qol
Geri qayıt