Əsas Səhifə > Ölkə idmanı > Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək22-05-2023, 12:00 |
Mayın 25-də yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürəcək. BrendSport.az xəbər verir ki, üç gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təşkil olunacaq yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc iştirak edəcək. Yarışın keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır. Geri qayıt |