Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ”nin kapitanı cəzalandırılıb

“Qəbələ”nin kapitanı cəzalandırılıb


19-05-2023, 12:47





AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Urfan Abbasovun cəzasını açıqlayıb.

BrendSport.az xəbər verir ki, Premyer Liqanın XXXIV turunda “Turan Tovuz”la keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan qovulan “qırmızı-qaralar”ın kapitanı bir matçlıq diskvalifikasiyaya məruz qalıb.

Onun hərəkəti bölgə təmsilçisinə 200 manatlıq cərimə bahasına başa gəlib.

“Sabah”la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Sumqayıt” isə 800 manat məbləğində cərimələnib.
Geri qayıt