Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi müəyyənləşib

Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi müəyyənləşib


17-05-2023, 15:00





Azərbaycan Basketbol Liqasının final seriyasında oyunların vaxtı açıqlanıb.
BrendSport.az xəbər verir ki , "Sabah" və "Gəncə" komandaları arasındakı ilk qarşılaşma mayın 20-də "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Final seriyasının 2-ci görüşü mayın 22-də, 3-cü matçı isə mayın 24-də eyni arenada gerçəkləşəcək.

Reqlamentə əsasən super seriyada ən tez üç qələbə qazanmış kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Bundan əlavə, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Bütün matçlar saat 19:30-da start götürəcək.
Geri qayıt