Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/classes/templates.class.php on line 232 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/modules/sitelogin.php on line 153
Əsas Səhifə > Ölkə idmanı > “Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub
“Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub13-05-2023, 15:00 |
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub. BrendSport.az xəbər verir ki, festivalın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə şahmatının inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xatırladıb. Yarışın yüksək səviyyədə keçirildiyini bildirən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qalibləri təbrik edib, onlara gələcək turnirlərdə uğurlar arzulayıb. “Baku Open-2023”ün baş hakimi Faiq Həsənov festivalda 32 qrosmeysterin mübarizə apardığını və bütün qruplarda gərgin idman mübarizəsinin şahidi olduqlarını söyləyib. C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verilib. B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. Səkkiz xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə qalib olub. A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Open turnirin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca yeddi xalla yarışın qalibi adını qazanıb. Eyni xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşüblər. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb. Geri qayıt |