Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasına Zirədə start veriləcək

Azərbaycan Premyer Liqasına Zirədə start veriləcək


12-05-2023, 07:30




Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək.
BrendSport.az xəbər verir ki, açılış oyununda "Zirə" "Kəpəz"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Hazırda Bakı klubu 45 xalla 5-ci, Gəncə təmsilçisi isə 29 xalla 7-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 15 dəfə qarşılaşıblar. Bunların 6-da "qartallar", 3-də "sarı-göylər" qələbə qazanıb. 6 oyunda isə qalib müəyyənləşməyib. Paytaxt təmsilçisi topların nisbətinə görə də rəqibindən öndədir - 21:15.

Son 4 oyunda hər iki komanda qol vurub. "Kəpəz" son 7 görüşdə qalib gəlməyib.

Azərbaycan Premyer Liqası
XXXIV tur
12 may (cümə)

19:00. "Zirə" - "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.


Qeyd edək ki, turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları mayın 13-də, "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.
Geri qayıt