Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub


9-05-2023, 21:00



BrendSport.az xəbər verir ki, bu, yarımfinal seriyasının ikinci oyunundan sonra bəlli olub.
Belə ki, Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan” ilə qarşılaşan “Sabah” qələbə qazanaraq ümumi hesabı 2:0-a çatdırıb və həlledici matça vəsiqə qazanıb.

“Futuristlər”in 83:77 hesablı qələbəsi ilə yekunlaşan matçın ən məhsuldar oyunçusu Deymon Makduel olub. “AAAF Xırdalan”ın basketbolçusu matçboyu 34 xal və 4 ribaundluq performans sərgiləyib.

Qalib komandanın heyətində isə Entoni Patti 25 xal, 7 riabundla qələbəyə töhfə verib.

Qeyd edək ki, yarımfinal seriyasının digər matçında “Gəncə” NTD ilə mübarizə aparır. İki komanda arasındakı ilk matç gəncəlilərin 101:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Geri qayıt