Əsas Səhifə > Ölkə idmanı > “Neftçi”nin kapitanı Azərbaycan çempionatında 150-ci oyununu keçirib
“Neftçi”nin kapitanı Azərbaycan çempionatında 150-ci oyununu keçirib8-05-2023, 13:00 |
Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib. Otuz bir yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXIII turuna təsadüf edib. BrendSport.az xəbər verir ki, “Turan Tovuz”la səfər matçı Bakı təmsilçisinin kapitanı üçün əlamətdar olub. O, Premyer Liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi”nin forması geyinib. Debütü 2017-2018-ci il mövsümünə təsadüf edən futbolçu bu görüşlərdə 37 qola imza atıb. Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan altıncı futbolçudur. 1992-ci ildən keçirilən yarışda E.Mahmudovadək beş oyunçu “ağ-qara” forma ilə ən azı 150 dəfə meydana çıxıb. Qeyd edək ki, “Neftçi” bu qarşılaşmada 0:4 hesabı ilə uduzub. Geri qayıt |