Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Zirə” klubu “Şamaxı”nı üç cavabsız qolla məğlub edib

Premyer Liqa: “Zirə” klubu “Şamaxı”nı üç cavabsız qolla məğlub edib


6-05-2023, 19:00
Premyer Liqa: “Zirə” klubu “Şamaxı”nı üç cavabsız qolla məğlub edib


Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, günün yeganə matçında “Şamaxı” komandası “Zirə”ni qəbul edib.
Görüş “Zirə” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Vladislav Kulaç, Hamidu Keyta və Rüstəm Əhmədzadə fərqləniblər.
Xallarının sayını 45-ə çatdıran “Zirə” turnir cədvəlində beşinci pillədəki mövqeyini möhkəmlədib. “Şamaxı” 23 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun "Turan Tovuz" - "Neftçi", "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" qarşılaşması isə mayın 8-də baş tutacaq.
Geri qayıt