Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Sabah" "Kəpəz"ə qalib gələrək liderlə xal fərqini azaldıb

Premyer Liqa: "Sabah" "Kəpəz"ə qalib gələrək liderlə xal fərqini azaldıb


5-05-2023, 19:30


Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
BrendSport.az xəbər verir ki , açılış oyununda "Sabah" Qəbələdə "Kəpəz"in qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən matçda Bakı klubu qələbə qazanıb.

Paytaxt təmsilçisindən qolları 4-cü dəqiqədə Aleksey Kaşuk, 16-cı dəqiqədə Emmanuel Apeh və 83-cü dəqiqədə Davit Volkov vurublar.

Bu qələbə ilə xallarını 77-yə çatdıran "Sabah" lider "Qarabağ"la fərqi yenidən 4-ə endirib. 29 xalı olan "Kəpəz" isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun "Şamaxı" - "Zirə" matçı mayın 6-da, "Turan Tovuz" - "Neftçi" və "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" oyunu isə mayın 8-də keçiriləcək.
Geri qayıt