Əsas Səhifə > Ölkə idmanı > U-15 Azərbaycan çempionatı: Daha beş çəki dərəcəsində qaliblər bəlli olub
U-15 Azərbaycan çempionatı: Daha beş çəki dərəcəsində qaliblər bəlli olub4-05-2023, 00:30 |
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatı davam edir. BrendSport.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə 38, 44, 52, 62 və 75 kiloqram çəki dərəcəsində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar. Beş çəki dərəcəsi üzrə ümumilikdə 117 idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Əbdülrəhman Hüseynli (38 kq), Hikmət Haqverdiyev (44 kq), Nihad Məhərrəmov (52 kq), Nicat Yeyləgalıyev (62 kq) və Riyad İbrahimov (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Geri qayıt |