Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqanın bombardiri Azərbaycan derbisini buraxacaq

Premyer Liqanın bombardiri Azərbaycan derbisini buraxacaq


2-05-2023, 13:00




Azərbaycan Premyer Liqasının bombardiri olan “Qarabağ”ın futbolçusu Musa Qurbanlı XXXII turda “Neftçi” ilə bu gün keçiriləcək oyunu buraxacaq.

BrendSport.az xəbər verir ki , 21 yaşlı hücumçu 4 sarı vərəqə limitini doldurduğu üçün Azərbaycan derbisində iştirak edə bilməyəcək.

“Neftçi”nin yetirməsi II turda “Sumqayıt”, IX turda “Qəbələ”, XX tur “Şamaxı” və XXXI turda “Zirə” ilə ilə matçlarda sarı vərəqə alıb.

Həmçinin, müdafiəçi Abbas Hüseynov çoxdandır zədədən əziyyət çəkirsə, digər hücumçu Redon Cicanın da zədəsi var.

“Neftçi” isə prinsipial rəqibi ilə saat 20:00-da “Bakcell Arena”da keçiriləcək görüşə ideal heyətlə çıxa biləcək. Sadəcə, müdafiəçi Azər Əliyevin yüngül ağrıları var. Ancaq bu, onun qarşılaşmada iştirakına maneə törətmir.

Qeyd edək ki, Musa Qurbanlı 20 qolla Premyer Liqanın bombardirlər yarışına başçılıq edir.
Geri qayıt