Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Bu gün “Neftçi” və “Qarabağ” komandaları qarşılaşacaq
Premyer Liqa: Bu gün “Neftçi” və “Qarabağ” komandaları qarşılaşacaq2-05-2023, 08:00 |
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura "Neftçi"-"Qarabağ" oyunu ilə yekun vurulacaq. BrendSport.az xəbər verir, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək. Ağdam klubu 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan "ağ-qaralar" isə 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" doğma meydanda "Səbail"ə 4:2, "Turan Tovuz" isə səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Geri qayıt |