Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirilib

“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirilib


28-04-2023, 12:30


“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.

BrendSport.az xəbər verir ki , Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.

XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.

“Azersun Arena”da baş tutacaq “Qarabağ” - “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.
Geri qayıt