Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda son 10 mövsümün azarkeş rekordu qırılıb
Azərbaycan Kubokunda son 10 mövsümün azarkeş rekordu qırılıb28-04-2023, 13:00 |
Azərbaycan Kubokunun yarımfinal mərhələsində son 10 mövsümün azarkeş rekordu qeydə alınıb. BrendSport.az xəbər verir ki, yarımfinal oyunlarını ümumilikdə 12 600 tamaşaçı izləyib. “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 seyrçi olub. “Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici. Daha çox azarkeşə sonuncu dəfə 2012/2013 mövsümündə rast gəlinib. Həmin vaxt bu raundun dörd görüşündə 16 420 tamaşaçı olub. Bunun 10 000 nəfəri bir qarşılaşmaya - “Xəzər Lənkəran” – “Bakı” duelinə şahidlik edib. 2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/2011 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21 400 seyrçi izləyib. Qeyd edək ki, koronavirus pandemiyası üzündən 2019/2020 mövsümündə yarımfinal baş tutmayıb, 2020/2021 mövsümü tamaşaçısız keçirilib. Son 15 mövsümün yarımfinalında tamaşaçı sayı: 2008/2009 - 4500 2009/2010 - 15400 2010/2011 - 21400 2011/2012 - 6000 2012/2013 - 16420 2013/2014 - 9000 2014/2015 - 7400 2015/2016 - 12316 2016/2017 - 9600 2017/2018 - 10900 2018/2019 - 5900 2019/2020 - - 2020/2021 - - 2021/2022 - 4700 2022/2023 - 12600 Geri qayıt |