Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan kuboku: “Neftçi” və “Qəbələ” ikinci dəfə finalda üz-üzə gələcəklər

Azərbaycan kuboku: “Neftçi” və “Qəbələ” ikinci dəfə finalda üz-üzə gələcəklər


28-04-2023, 11:38
Azərbaycan kuboku: “Neftçi” və “Qəbələ” ikinci dəfə finalda üz-üzə gələcəklər
Futbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları bəlli olub. İyunun 3-də “Bakcell Arena”da keçiriləcək oyunda “Neftçi” və “Qəbələ” qarşılaşacaq. Bu, komandalar arasında ikinci final olacaq.

BrendSport.az
Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 2013-2014-cü il mövsümündə də rəqiblər həlledici qarşılaşmada üz-üzə gəliblər. Doqquz il əvvəl 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında Bakı təmsilçisi üstün olub – 3:2.
Bu, ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan beşinci cüt olacaq. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duelində Bakı klubu 1995-1996-cı (3:0), “Qarabağ” isə 2014-2015-ci (3:1) və 2015-2016-cı il (1:0) mövsümlərində qalib gəlib.
Digər üç cütdə isə eyni komanda hər iki finalda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998-1999-cu (0:0, pen.5:3) və 2003-2004-cü (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997-1998-ci (2:0) və 1999-2000-ci (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007-2008-ci (2:0, əlavə, vaxtda) və 2010-2011-ci (1:1, pen.4:2) il mövsümlərində üstələyib.
Geri qayıt