Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” klubu Azərbaycan kuboku yarışlarında 20-ci səfər məğlubiyyətini alıb

“Neftçi” klubu Azərbaycan kuboku yarışlarında 20-ci səfər məğlubiyyətini alıb


20-04-2023, 16:00
“Neftçi” klubu Azərbaycan kuboku yarışlarında 20-ci səfər məğlubiyyətini alıb
“Neftçi” klubu Azərbaycan kuboku yarışlarında 20-ci səfər məğlubiyyətini alıb. Bu, yarımfinalın “Turan Tovuz”la ilk oyununa təsadüf edib.

BrendSport.az xəbər verir ki, Bakı klubu rəqib meydanında 0:1 hesabı ilə uduzub. “Ağ-qaralar” ölkə kubokunda 78-ci səfər görüşündə 20-ci məğlubiyyətə üzülüb. Bunlardan 7-si yarımfinal, doqquzu dörddəbir, üçü səkkizdəbir, biri 1/16 finala təsadüf edib.
Qeyd edək ki, “Neftçi” ölkə kubokunda ümumilikdə 38-ci məğlubiyyətini alıb. Bunlardan 14-ü evdə, 4-ü neytral meydançada yaşanıb.
Geri qayıt