Əsas Səhifə > Ölkə idmanı > 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim

2017-ci ilin idman yekunlarına həsr olunan mərasim


20-12-2017, 23:02


Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin foyesində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” mövzusunda sərgi ilə tanış oldular.

Dövlətimizin başçısı tədbirdə çıxış etdiydən sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar və yeni mənzillərin orderlərini təqdim etdi. Taekvondo idman növünün son dünya çempionatının qalibi Milad Beigi Hərçəqani və milli yığma komandanın böyük məşqçisi Rəşad Əhmədova da yeni mənzillərin ordenləri təqdim edildi.



Alxas Məmmədov

Geri qayıt