Əsas Səhifə > Olimpiya > Azərbaycan voleybolçusu üçüncü dəfə Macarıstan kuboku yarışlarının qalibi olub
Azərbaycan voleybolçusu üçüncü dəfə Macarıstan kuboku yarışlarının qalibi olub13-03-2023, 12:40 |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kuboku yarışlarının qalibi olub. BrendSport.az xəbər verir ki, blokçunun çıxış etdiyi "Vaşaş" finalda "Bekeşçaba" ilə üz-üzə gəlib. Rəqibini 3:2 hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. A.Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb. Qeyd edək ki, voleybolçumuz üçüncü dəfə Macarıstan kuboku yarışlarında qızıl medal əldə edib. Geri qayıt |