Əsas Səhifə > Olimpiya > Avropa Liqasında 1/16 final cütləri müəyyənləşdi
Avropa Liqasında 1/16 final cütləri müəyyənləşdi11-12-2017, 15:33 |
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq. Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Kopenhagen”lə “Atletiko” bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi. Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək. Avropa Liqası 1/16 final “Borussiya” (Dortmund, Almaniya) - “Atalanta” (İtaliya) “Nitsa” (Fransa) - “Lokomotiv” (Rusiya) “Kopenhagen” (Danimarka) - “Atletiko” (İspaniya) “Spartak” (Rusiya) - “Atletik” (İspaniya) AEK (Yunanıstan) - “Dinamo” (Ukrayna) “Seltik” (Şotlandiya) - “Zenit” (Rusiya) “Napoli” (İtaliya) - “Leypsiq” (Almaniya) “Srvena Zvezda” (Serbiya) - MOİK (Rusiya) “Lion” (Fransa) - “Vilyarreal” (İspaniya) “Real Sosyedad” (İspaniya) - “Zalsburq” (Avstriya) “Partizan” (Serbiya) - “Viktoriya” (Çexiya) “Styaua” (Rumıniya) - “Latsio” (İtaliya) “Lüdoqorets” (Bolqarıstan) - “Milan” (İtaliya) “Astana” (Qazaxıstan) - “Sportinq” (Portuqaliya) “Ostersun” (İsveç) - “Arsenal” (İngiltərə) “Marsel” (Fransa) - “Braqa” (Portuqaliya) Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək. Geri qayıt |