Əsas Səhifə > Olimpiya > Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurdular
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurdular18-02-2023, 22:28 |
İsrailin Tel-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycan milli yığma komandası 7 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunub. BrendSport.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər. Yarışın ilk günündə -66 kiloqram çəkidə mübarizə aparan cüdoçu Orxan Səfərov gümüş medal əldə edib. Turnirin sonuncu günündə -90 kiloqram çəkidə Məmmədəli Mehdiyev bürünc medal, -100 kiloqram çəkidə Zelim Kotsoyev qızıl medal, +100 kiloqram çəkidə Uşanqi Kokauri isə gümüş medal əldə edib. Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci yeri, kişilər arasında isə 2-ci yeri tutub. Geri qayıt |