Əsas Səhifə > Olimpiya > BCF-nın Akademiyasının ekspertləri tərəfindən cüdoçu qızlara ustad dərsi təşkil edilib

BCF-nın Akademiyasının ekspertləri tərəfindən cüdoçu qızlara ustad dərsi təşkil edilib


14-02-2023, 19:32
BCF-nın Akademiyasının ekspertləri tərəfindən cüdoçu qızlara ustad dərsi təşkil edilib

Bu il Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə ölkəmizə səfər edən Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri yeniyetmə və gənc qızlardan ibarət milli yığma komandanın üzvləri üçün ustad dərsi keçiblər.

BrendSport.az
xəbər verir ki, ustad dərsi BCF Akademiyasının ekspertləri Mesut Kapan və Tina Trestinyak (Rio 2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı) tərəfindən keçirilib.

Olimpiya çempionu Tina Trestinyak bir sıra cüdo texnikasını, xüsusilə də beynəlxalq turnirlərdə və Olimpiya oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş etdirib.

Olimpiya çempionu qeyd edib ki, idmançılar sırasında potensialı böyük olan qızlar var və onlar təcrübə toplayaraq, gələcəkdə daha da peşəkar idmançı olacaq və beynəlxalq səviyyədə yüksək nəticə əldə edəcəklər.
Ekspertlər cüdo fəndlərinin idmançılar tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət ediblər.
Geri qayıt