Əsas Səhifə > Olimpiya > UEFA prezidenti videotəkrarın əleyhinədir
UEFA prezidenti videotəkrarın əleyhinədir23-11-2017, 21:40 |
UEFA prezidenti Aleksander Çeferin 2018-ci il dünya çempionatında videotəkrar sisteminin tətbiqinin əleyhinə olduğunu açıqlayıb. 50 yaşlı sloveniyalı funksioner qitə futbol qurumunun bu yenilikdən yararlanmağı planlaşdırmadığını söyləyib. "Bu, həddən artıqdır. Bilirəm, geriyə qayıtmayacağıq. Amma bu mövzuya gəldikdə, bir az mühafizəkaram. Hakim hakim olaraq qalmalıdır. Bu, qərarları robotun ixtiyarına buraxmaq kimi bir şeydir”. Qeyd edək ki, 2018-ci il dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçiriləcək. Geri qayıt |