Əsas Səhifə > Olimpiya > İlqar Rəhimov Aleks Heikens ilə görüşüb
İlqar Rəhimov Aleks Heikens ilə görüşüb10-12-2021, 15:20 |
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin və Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Heikens arasında görüş keçirilmişdir. BrendSport.az saytı xəbər verir ki, görüş zamanı İ.Rəhimov Abilimpiya hərəkatı və Uşaq Paralimpiyası haqqında və UNICEF-in Azərbaycan nümayəndəliyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Milli Abilimpiya Federasiyası arasında gerçəkləşmiş layihələr barədə məlumat vermiş və dəstəklərinə görə təşəkkürünü bildirmişdir. İ.Rəhimov 05-08 dekabr 2021-ci il tarixlərində Rusiya Abilimpiya Mərkəzindən dəvət olunmuş ekspert və nümayəndələrin iştirakı ilə təşkil olunmuş sınaq yarışı haqqında geniş məlumat vermişdir. Səfər çərçivəsində imzalanan memerandumun və keçirilən təlimlərin Abilimpiya hərəkatının inkişafında önəmli rol oynayacağını vurğulamışdır. Həmçinin İ.Rəhimov qeyd etmişdir ki, qazilərin həm idmana həm də abilimpiya hərəkatına cəlb edilməsi bizim üçün aktual mövzulardan biridir. Aleks Heikens isə öz növbəsində görüş üçün təşəkkürünü bildirmiş, Abilimpiya hərəkatının fiziki məhdudiyyətli uşaq və gənclərin cəmiyyətə inteqrasiyası və özlərini inkişaf etdirməsi üçün prioritet mövzulardan biri olduğunu qeyd etmişdir. O bildirmişdir ki, uşaq paralimpiyaçılarının qazandığı uğurlar onları çox sevindirib. Daha sonra növbəti planlara uyğun olaraq birlikdə fəaliyyət istiqamətləri müzakirə olunmuş və birlikdə abilimpiya hərəkatının inkişafı və uşaq paralimpiyası haqqında gələcək işlər haqqında fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin, Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş katibi Kamal Məmmədov və Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı da iştirak edib. Geri qayıt |