Əsas Səhifə > Olimpiya > Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatında rəqib tanımadı

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatında rəqib tanımadı


29-08-2017, 10:58


Rusiyanın Soçi şəhərində yeniyetmə, gənclər və kişilər arasında Ağırlıqqaldırma (Powerlifting), Bencpress (sinədən qaldırma) və Dedlift növləri üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycanı 10 idmançı təmsil edib. Baş məşqçi Şəmsi Bayramovun rəhbərliyi ilə yarışa hazırlaşan atletlərimiz Powerlifting növündə 3, Dedliftdə 1, Bencpresdə isə 6 qızıl medala sahib çıxıblar.

Powerlifting`də xanım idmançımız 60 kq çeki dərəcəsində Zərifə Hüseynova Avropa çempionu olmaqla yanaşı yeni dünya rekordu müəyyənləşdirib. O, buna yerdən qaldırmada, 3 hərəkətin cəmində nail olub.

75 kqda Rövşən Xəlilov 622,5 kq nəticə ilə qitənin ən güclüsü olub, kubok və medalla təltif edilib. Qeyd edək ki, Xəlilov Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşıdır. Powerlifting növündə son qızıl medalı Vüsal Mərdanov boyunundan asıb.

Dedlift idman növündə yerden qaldırmada Namiq Mehdiyev 100 kq ceki derecsinde 270 kaq nəticə ilə yarışın çempionu olub.

Bencpresdə ise Namiq Cəfərov, Aqşin İsmayılov, Eldar Məmmədov, Vaqif Məmmədov, Nicat Huseynov qalib adını qazanıb. Gənclər arasında isə 75 kq çəki dərəcəsində Aydın Hüseynov qızıl medala sahib çıxıb. Qarşıda Azərbaycan ağırlıqqaldranlarını Dünya çempionatı gözləyir. (Goal.az)
Geri qayıt