Əsas Səhifə > Olimpiya > Gimnastımız Zöhrə Ağamirova Tokio Olimpiadasının fərdi proqramında çıxışını başa vurub
Gimnastımız Zöhrə Ağamirova Tokio Olimpiadasının fərdi proqramında çıxışını başa vurub6-08-2021, 13:00 |
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio Olimpiadasının gimnastika yarışlarında fərdi proqramda çıxışını başa vurub. BrendSport.az xəbər verir ki, təmsilçimiz sonuncu çıxışını gürzlərlə nümayiş etdirib. Onun proqramı hakimlər tərəfindən 21,500 xalla qiymətləndirilib. Z.Ağamirova topla çıxışına görə 23,400, topla hərəkətinə görə 23,000, lentlə yarışa görə 19,900 xal alıb. Hazırda gimnastımız ümumu sıralamada 87,800 xalla 11-ci pillədə qərarlaşıb və finala adlaya bilməyib. Digər gimnastların çıxışları hələ davam edir. Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək. Geri qayıt |