Əsas Səhifə > Olimpiya > Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020”də ilk qələbəsini qazanıb
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020”də ilk qələbəsini qazanıb5-08-2021, 08:30 |
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb. BrendSport.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupunda növbəti döyüşünü keçirib. Təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib. Karateçimiz daha sonra Darxan Assadılov (Qazaxıstan) və Əli Elsavi (Misir) ilə qarşılaşacaq. Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. Geri qayıt |