Əsas Səhifə > Olimpiya > “Tokio 2020”: Çəkicatma idman növündə Azərbaycan təmsilçisi mübarizəyə başlayıb
“Tokio 2020”: Çəkicatma idman növündə Azərbaycan təmsilçisi mübarizəyə başlayıb1-08-2021, 04:00 |
Avqustun 1-də atletikanın çəkicatma idman növündə Azərbaycan təmsilçisi Anna Skidan Olimpiya Oyunlarında mübarizəyə başlayıb. BrendSport.az xəbər verir ki, təsnifat mərhələsində mübarizəyə başlayan qadın idmançımızdan başqa 15 atlet birincilik uğrunda mübarizə aparır. Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin səkkizinci günündə ilk medalını qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. Geri qayıt |