Əsas Səhifə > Olimpiya > "Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb31-07-2021, 08:00 |
Azərbaycan boksçusu Cavid Çələbiyev “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. BrendSport.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz səkkizdəbir final mərhələsində ermənistanlı Hovhannes Baçkov ilə qarşılaşıb. Qarşılaşmada hakimlərin ədalətsiz qərarları nəticəsində qələbə rəqibə verilib - 1:4. Hazırda boks millimizin üzvlərindən təkcə Alfonso Dominges (81 kq) Olimpiadada mübarizəni davam etdirir. O, ötən gün yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc medalı təmin edib. İdmançımız avqustun 1-də finala vəsiqə uğrunda kubalı Arlen Lopez ilə qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Tokio Olimpiadasında bürünc medala sahib olub. Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub. Geri qayıt |