Əsas Səhifə > Olimpiya > Azərbaycan cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasında bürünc medal uğrunda yarışacaq

Azərbaycan cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasında bürünc medal uğrunda yarışacaq


30-07-2021, 12:30


Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasında bürünc medal uğrunda yarışacaq.
BrendSport.az xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda yaponiyalı Akira Sone ilə qarşılaşıb. Rəqibinə uduzan İ.Kindzerska “Tokio-2020”də üçüncü yer uğrunda mübarizə aparacaq. İdmançımızın rəqibi çinli Şiyan Ksu olacaq.
Cüdoçumuz yarımfinala gedən yolda Larisa Tseriçə (Bosniya və Herseqovina), daha sonra Mijin Hana (Koreya Respublikası) qalib gəlib.
Geri qayıt