Əsas Səhifə > Olimpiya > Tokio Olimpiadasının beşinci günündə iki idmançımız mübarizəyə qoşulacaq
Tokio Olimpiadasının beşinci günündə iki idmançımız mübarizəyə qoşulacaq26-07-2021, 22:54 |
“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulacaq. BrendSport.az xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar. Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq. Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub. Geri qayıt |