Əsas Səhifə > Olimpiya > “Tokio-2020”: Özbəkistan gimnastı 46 yaşında karyerasını bitirib
“Tokio-2020”: Özbəkistan gimnastı 46 yaşında karyerasını bitirib25-07-2021, 21:32 |
Qadın idman gimnastikası üzrə Olimpiya çempionu, Özbəkistan təmsilçisi Aksana Çusovitina peşəkar idmançı karyerasını bitirdiyini elan edib. BrendSport.az xəbər verir ki, 46 yaşlı gimnast bu barədə qərarı "Tokio-2020" Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışlarının təsnifat mərhələsindəkı çıxışından sonra verib. "Tokio-2020" Yay Olimpiya Oyunları A.Çusovitinanın iştirak etdiyi səkkizinci Olimpiadadır. Olimpiadalarda iştirak sayına görə, özbəkistanlı gimnast rekord müəyyənləşdirib. Geri qayıt |