Əsas Səhifə > Olimpiya > “Tokio-2020”: Cüdoçularımız mübarizəyə qoşulublar

“Tokio-2020”: Cüdoçularımız mübarizəyə qoşulublar


24-07-2021, 10:40
“Tokio-2020”: Cüdoçularımız mübarizəyə qoşulublar


Tokioda Azərbaycan komandasının da qatıldığı Yay Olimpiya Oyunları keçirilir.
BrendSport.az xəbər verir ki, bu gün cüdoçularımızdan ikisi – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəyə başlayıb. Belə ki, K.Hüseynov Eşli Makkenzi (Böyük Britaniya), A.Qurbanlı Katarina Kosta (Portuqaliya) ilə ilk qarşılaşmalarını keçirəcəklər. Cüdo yarışları Bakı vaxtı ilə saat 06:00-da başlayıb.
Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.
Geri qayıt