Əsas Səhifə > Olimpiya > Qobustan idmançılarının uğuru
Qobustan idmançılarının uğuru1-11-2017, 22:35 |
![]() “AAAF PARK” Yaşayış Kompleksində ağır atletika üzrə IV mərhələ zona yarışları keçirilib. Qobustan rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, 28 oktyabr 2017-ci il tarixdə Xırdalan şəhəri, “AAAF Park”da baş tutan turnirdə bölgələrimizdən də bir çox idmançılar iştirak edib. ![]() Yarışlarda ilk üç yeri tutan idmançılar diplom və medallarla təltif olunublar. Yarışda iştirak edən Qobustan idmançılarından 6 nəfəri fəxri kürsüdə yer alıb: 1. İsmayıl Qurbanov - I yer 2. Həsənağa Sahibov - II yer 3. Ağadadaş Mürsəliyev - II yer 4. Baxış Məmmədov - III yer 5. Nicat Mədətov - III yer 6. Səlimxan Mürşüdov - III yer Biz də Qobustan UGİM-nin məşqçi-müəllimi Ş.Səfərlini və yetirmələrini təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq. Alxas Məmmədov Geri qayıt |