Əsas Səhifə > Olimpiya > 2018-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırıldı

2018-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırıldı


24-10-2017, 19:56


Qədim Olimpiyada (Yunanıstan) 2018-ci il Qış Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçirilib.

Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiadasının məşəlini daşıyan ilk idmançı yunanıstanlı Apostolos Angelis olub. Bir həftə ərzində Olimpiya alovlu məşəl ölkənin müxtəlif şəhərlərinə aparılacaq, oktyabrın 31-də isə Phençhan-2018 Təşkilat Komitəsinin nümayəndəsinə təhvil veriləcək.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.


Geri qayıt