Əsas Səhifə > Olimpiya > Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına 100 gün qalır

Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına 100 gün qalır


14-04-2021, 21:18
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına 100 gün qalır


BrendSport.az xəbər verir ki, koronavirus pandemiyası fonunda keçiriləcək oyunlar, heç şübhəsiz, tarixi hadisəyə çevriləcək. Lakin bununla yanaşı, koronavirusa yoluxanların sayı artmaqda davam etdiyinə görə, problemlər və qeyri-müəyyənlik davam edir.
Hazırda bütün ölkə boyunca Olimpiya Oyunlarının məşəl estafeti davam edir. Koronavirusun yayılmasının qarşısını almaq üçün var gücü ilə çalışan Osakada məşəl daşıyanlara ümumi yollardan istifadə etmək qadağan olunub. Bunun əvəzində onlar iki gündür tamaşaçılar olmayan parklarda qaçırlar.
NHK telekanalının bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Tokioda keçiriləcək Oyunlarla bağlı ictimai rəy haçalanıb. Respondentlərin 30 faizindən çoxu hesab edir ki, yarışlar təxirə salınmalıdır, yarıdan çoxu isə onun istər tamaşaçıların sayı azaldılmaqla, istərsə də ümumiyyətlə tamaşaçılarsız keçirilməsinə tərəfdar olduğunu bildirir.
Təşkilatçılar estafetə marağı artırmağa çalışsalar da, vəziyyət qeyri-sabit olaraq qalmaqda davam edir. Koronavirusun yayılması səbəbindən təşkilatçılar marşrutu dəyişməklə yanaşı, tamaşaçıların iştirakına icazə verməyə də ehtiyat edirlər.
Xatırladaq ki, ötən ay təşkilat komitəsi təhlükəsizliyi təmin etmək üçün əcnəbi azarkeşlərin yarışlara buraxılmayacağını bildirib. Eyni zamanda, yarışlara buraxılacaq daxili tamaşaçıların sayı da hələ ki, elan olunmayıb.
Təşkilatçıların idmançıların yarışlara qatılması ilə bağlı göstərdikləri bütün cəhdlərə baxmayaraq, pandemiya bu nüfuzlu beynəlxalq tədbirə kölgə salmaqda davam edir.
Yaponiyada koronavirusun yayılması ilə əlaqədar üzgüçülük üzrə bir sıra yarışlar artıq təxirə salınıb.
Qeyd edək ki, Tokio Olimpiya Oyunları iyulun 23-də başlamalıdır.



AZƏRTAC
Geri qayıt