Əsas Səhifə > Olimpiya > İlham Zəkiyev: "Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi"
İlham Zəkiyev: "Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi"1-10-2020, 13:41 |
"Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm". BrendSport.az xəbər verir ki, bu sözləri paralimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib. O, Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi. Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim". Xatırladaq ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Geri qayıt |