Əsas Səhifə > Olimpiya > Tomas Bax Tokio Olimpiadasının keçiriləcəyinə əmindir
Tomas Bax Tokio Olimpiadasının keçiriləcəyinə əmindir23-09-2020, 12:02 |
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokio Olimpiadasının antivirus məhdudiyyətləri şəraitində belə keçiriləcəyinə əmin olduğunu bildirib. BrendSport.az xəbər verir ki, bu barədə T.Bax BOK-un veb-saytında yerləşdirdiyi “Olimpizm və koronavirus” başlıqlı müraciətində bildirib. Qeyd edilir ki, həmin müraciət veb-saytda yerləşdirilməzdən əvvəl atletlərə, BOK-un üzvlərinə və digər maraqlı tərəflərə göndərilib. T.Bax müraciətində koronavirus əleyhinə peyvəndin hələ də olmadığı dövrdə belə son həftələrdə böyük idman yarışlarının təhlükəsiz şəraitdə keçirildiyini xatırladıb. O deyib ki, bu tədbirlərə müsbət reaksiya yalnız idmançıların və təşkilatçıların deyil, eyni zamanda, geniş ictimaiyyətin həyatımızın ayrılmaz tərkib hissəsi olan idmanın geri qayıtmasını arzuladıqlarını təsdiq edir. Bununla yanaşı, T.Bax son günlər koronavirusa qarşı peyvəndin hazırlanması istiqamətində baş verən irəliləyişə diqqəti cəlb edərək, bunun idman tədbirlərinin təhlükəsiz keçirilməsinə şərait yaradacağını bildirib. BOK prezidenti pandemiyaya görə vaxtı 2021-ci ilə dəyişdirilmiş Tokio Olimpiadasında təhlükəsizliyin əsas şərt olacağını bir daha bəyan edib. Əlavə edib ki, son həftələr təşkil edilən tədbirlər idman yarışlarının təhlükəsiz şəraitdə keçirilməsinin mümkünlüyünü təsdiqləyib. Bu, gələcək tədbirlər, o cümlədən Tokio Olimpiya Oyunlarının təşkili üçün bizdə böyük inam yaradır. AZƏRTAC Geri qayıt |