Əsas Səhifə > Olimpiya > Zakkeroni BƏƏ millisində

Zakkeroni BƏƏ millisində


15-10-2017, 17:51


İtaliyalı mütəxəsis Alberto Zakkeroni BƏƏ millisinə baş məşqçi təyin olunacaq. 64 yaşlı çalışdırıcı bu postda argentinalı Edqardo Bauzanı əvəzləyəcək. Bauza bu postda cəmi 3 oyundan sonra Səudiyyə Ərəbistanı millisinə getmişdi. Zakkeroninin son iş yeri Çinin "Beijing Guoan" klubu olub.

O, milli komandalardan 2010-14-cü illərdə Yaponiyanın baş məşqçisi olub. Zakkeroninin rəhbərliyi altında yaponlar 2011-ci il Asiya Kubokunun qalibi olub.
Geri qayıt