Əsas Səhifə > Olimpiya > Taekvondoçular Ağsu rayonunda toplaşdı

Taekvondoçular Ağsu rayonunda toplaşdı


15-10-2017, 17:41


Bu gün 18 oktyabr Milli Müstəqillik Gününə həsr edilmiş uşaq, yeniyetmə və gənclər arasında taekvondo idman növü üzrə Ağsu rayonu 3 saylı tam orta məktəbinin idman zalında Ağsu "Grandmaster" və ATF-nin Ağdaş "Gənclər" Taekvondo idman klubları ilə birgə Yoldaşlıq görüşləri keçirilmişdir.

BrendSport.az saytı xəbər verir ki, turnirdə ümumilikdə 60-dan çox idmançı öz gücünü sınayırdı.Yarış Ağsu rayon Gənclər və İdman idarəsi və Ağsu 3 saylı tam orta məktəbinin rəhbərliyi tərəfindən təşkil olunmuşdu.

Bu yarışda da həmişə olduğu kimi Ağdaş taekvondo komandası da qatılmışdı. Komandanın məşqçi-müəllimi Eşqin İsmayılovun rəhbərliyi ilə 26 nəfər idmançı öz gücünü nümayiş etdirirdi.

Eşqin müəllimin turnir haqqında fikirləri:

“Hər dəfə belə yoldaşlıq görüşü yeniyetmə taekvondoçularımızı həvəsləndirir və onların döyüş təcrübəsini artırır. Yolaşlıq görüşləri gələçək çempionları yetişdirir”.

Qeyd edək ki, turnir çox gözəl effektiv döyüşləri ilə yadda qaldı.
Yekunda fərqlənən idmançılar Ağsu rayon 3 saylı tam orta məktəbinin rəhbərliyinin təsis etdiyi xüsusi diplomlarla mükafatlandırıldılar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi



Geri qayıt