Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/classes/templates.class.php on line 232 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/modules/sitelogin.php on line 153 Çap versiya > Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
Əsas Səhifə > Olimpiya > Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib

Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib


20-05-2020, 10:38
Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib


Bütün dünyanı bürüyən yeni koronavirus (COVID-19) infeksiyası ölkəmizdə də bir sıra çətinliklər yaradıb. Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlara mümkün qədər evdə qalmaq tövsiyə olunub. Lakin böyüməkdə olan gənc nəslin nümayəndələri sayılan uşaqlarımız, gənclərimiz həmişə olduğu kimi, idman və yaradıcılıqla məşğul olmaq həvəsindədir. Bununla əlaqədar “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın (OCEP 2020) ekspertlər qrupu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə keçirməyi qərara alıb.
MOK-dan BrendSport.az -a bildiriblər ki, evdə idman və bədii qiraət üzrə onlayn müsabiqə məktəblilərin sağlamlığını və virusa qarşı mübarizəni gücləndirmək, evdə olduqları müddətdə uşaqların yaradıcılıqları ilə koronavirusla mübarizədə qalib gəlmək hisslərini artırmaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaq və onların yaradıcı potensiallarını inkişaf etdirmək məqsədilə təşkil olunacaq.
Məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli və faydalı keçirmələrinə xidmət edəcək müsabiqə iki nominasiya üzrə keçiriləcək. Evdə idman (atletik və ya gimnastik hərəkətlər) nominasiyası üzrə çəkiləcək videonun müddəti 1-2 dəqiqə olmalıdır. Çəkiliş zamanı hərəkət aydın görünməlidir. Qiymətləndirmə videonun keyfiyyətinə, məktəblinin hərəkəti düzgün icra etməsinə və hərəkətin çətinlik dərəcəsinə görə aparılacaq. Bədii qiraət nominasiyası üzrə isə ifaçı bədii qiraət nümunələri ilə (şer, monoloq, əsərdən parça, mahnılar) çıxış edə bilər. Azərbaycan və ya rus dilində çıxışlardan çəkilən video 3 dəqiqədən çox olmamalıdır. Qiymətləndirmədə düzgün tələffüzə, seçilmiş geyim qaydasına, jest, mimika, səs tonu, təqdimetmə bacarığı və video keyfiyyəti nəzərə alınacaq.
Videoların qəbulu iyunun 5-dək davam edəcək. Qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması iyunun 15-23-nə təsadüf edəcək.
Qızlar və oğlanlar hər biri iki nominasiya üzrə üç yaş qrupunda (8-10, 11-13 və 14-16) yarışacaqlar. Müsabiqəyə təqdim olunan işlər MOK, Təhsil Nazirliyi və OCEP ekspertlər qrupunun üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Geri qayıt