Əsas Səhifə > Olimpiya > Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb19-05-2020, 20:49 |
Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyası təxirə salınıb. BrendSport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb. Bildirilir ki, 2020-ci ildə keçirilməli olan tədbir koronavirus pandemiyası səbəbindən 2021-ci ildə təşkil ediləcək. Tədbir öncədən planlaşdırıldığı kimi Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək. Assambleyanın dəqiq tarixi müəyyənləşməyib. Geri qayıt |