Əsas Səhifə > Olimpiya > Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Yaponiyaya səfərini ləğv edib

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Yaponiyaya səfərini ləğv edib


13-04-2020, 13:04
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Yaponiyaya səfərini ləğv edib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax mayda Yaponiyaya planlaşdırılan səfərini koronavirus pandemiyasına görə ləğv edib.

BrendSport.az xəbər verir ki, T.Bax səfər çərçivəsində “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq işlər ilə tanış olmalı idi. BOK rəsmisinin, həmçinin Xirosima şəhərində keçirilməli olan məşəl estafetində də iştirakı nəzərdə tutulmuşdu.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci ilə təxirə salınıb.
Geri qayıt