Əsas Səhifə > Olimpiya > “Tokio-2020” Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb

“Tokio-2020” Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb


12-03-2020, 18:39


Martın 12-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.


BrenSport.az Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytına istinadla xəbər verir ki, məşəl Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın Hera məbədində günəş şüalarının parabolik güzgülərlə istiqamətləndirilməsi vasitəsilə alovlandırılıb. Olimpiya məşəlini ənənəvi olaraq qədim yunan ilahəsi geyimində olan qadın alovlandırıb.

Yunanıstanda bir həftə davam edəcək estafetin sonunda - martın 19-da Afinanın “Panatinaikos” stadionunda keçiriləcək təntənəli mərasimdə məşəl “Tokio-2020”nin təşkilatçılarına təhvil verəcək.

Olimpiadanın vətəni olan Yunanıstanda alovlandırılacaq məşəli ümumilikdə 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın 47 prefekturasını gəzəcək.

Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Geri qayıt